Over the course of many years, without making any great fuss about it, the authorities in New York disabled most of the control buttons that once operated pedestrian-crossing lights in the city. Computerised timers, they had decided, almost always worked better. By 2004, fewer than 750 of 3,250 such buttons remained functional. The city government did not, however, take the disabled buttons away—beckoning countless fingers to futile pressing.
Initially, the buttons survived because of the cost of removing them. But it turned out that even inoperative buttons serve a purpose. Pedestrians who press a button are less likely to cross before the green man appears, says Tal Oron-Gilad of Ben-Gurion University of the Negev, in Israel. Having studied behaviour at crossings, she notes that people more readily obey a system which purports to heed their input.
Inoperative buttons produce placebo effects of this sort because people like an impression of control over systems they are using, says Eytan Adar, an expert on human-computer interaction at the University of Michigan, Ann Arbor. Dr Adar notes that his students commonly design software with a clickable “save” button that has no role other than to reassure those users who are unaware that their keystrokes are saved automatically anyway. Think of it, he says, as a touch of benevolent deception to counter the inherent coldness of the machine world.
That is one view. But, at road crossings at least, placebo buttons may also have a darker side. Ralf Risser, head of FACTUM, a Viennese institute that studies psychological factors in traffic systems, reckons that pedestrians’ awareness of their existence, and consequent resentment at the deception, now outweighs the benefits. | Nyu York hakimiyyət orqanları bir zamanlar şəhərdə piyada keçidi işıqlarını işə salan idarəetmə düymələrinin əksəriyyətini uzun illər boyunca bununla bağlı böyük bir narahatlıq yaratmadan sıradan çıxarmışlar. Komputerləşdirilmiş saniyəölçənlərin demək olar ki, hər zaman daha yaxşı işlədiyinə qərar verilmişdir. 2004-cü ilədək bu cür 3,250 ədəd düymələrin 750-dən az bir qismi işlək vəziyyətdə qalmışdır. Buna baxmayaraq, şəhər hakimiyyəti saysız-hesabsız barmaqların əbəs yerə sıxdığı bu yararsız düymələri aradan qaldırmamışdır. İlk olaraq, düymələrin hələ də qalma səbəbi onların çıxarılma xərcidir. Lakin, müəyyən edilmişdir ki, hətta işlək vəziyyətdə olmayan düymələr də müəyyən bir məqsədə xidmət edir. İsrailin Negev səhrasındakı Ben-Gurion Universitetindən Tal Oron-Gilad bildirir ki, düyməni sıxan sərnişinlərin işıqforun piyadalar üçün yaşıl işığını görmədən keçmə ehtimalı daha azdır. Keçidlərdə davranış qaydalarını araşdıran Tal Oron-Gilad qeyd edir ki, insanlar onların göstərişlərinin nəzərə alındığını göstərən bir sistemə məmnuniyyətlə itaət edirlər. Ann Arbor şəhərindəki Miçiqan Universitetində insan-komputer əlaqələri üzrə mütəxəssis Eytan Adar bildirir ki, işlək olmayan düymələr bu cür plasebo effekti yaradır, çünki insanlar istifadə etdikləri sistemlər üzərində nəzarət hissini xoşlayırlar. Dr Arbor tələbələrinin bir qayda olaraq, yazılarının avtomatik şəkildə yaddaşa verildiyindən xəbərsiz olan istifadəçiləri əmin etməkdən başqa bir funksiyası olmayan sıxılabilən "yadda saxla" düyməsinə malik proqram təminatı hazırladıqlarını qeyd edir. Bunu maşın dünyasının özünəməxsus soyuqluğu ilə ziddiyyət yaradan xeyirxah bir hiylə olaraq düşünün. Bu bir nöqteyi-nəzərdir. Lakin, yol keçidlərində plasebo düymələrinin bilinməyən tərəfləri də ola bilər. Vyanada yol nəqliyyat sistemlərində psixoloji amilləri tədqiq edən FACTUM adlı bir institutun rəhbəri Ralf Risser güman edir ki, piyadaların həmin düymələrin mövcudluğundan xəbərdar olmaları və bu hiylə nəticəsində yaranan narazılıqlar indi onların faydalarından daha çoxdur. |